AZ

"Qarabağ" həqiqətən Çempionlar Liqası səviyyəsindədir" - "Liverpul"un müdafiəçisi

"Liverpul"un müdafiəçisi Ceremi Frimponq UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, niderlandlı futbolçu 1/8 finala yüksəlmək üçün qələbənin vaaccib olduğunu deyib:

"Çempionlar Liqası bizim üçün əsas hədəfdir. Bəzən meydanda işlər istədiyimiz kimi getməsə də, hər matçda sonadək mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Sabahkı qələbə bizi birbaşa 1/8 finala daşıyacaq."

Frimponq "Bayer"də çıxış etdiyi zaman "Qarabağ"la keçirdikləri oyunları yada salıb. 25 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisinin Çempionlar Liqasında komanda olduğunu bildirib:

"Gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geri dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədir. Asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq".

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr