AZ

“Qarabağ" öz bacarığını güclü komandalara göstərib” - Slot

style='margin-bottom:10px;'>

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Qarabağ”la sabah keçiriləcək matçla əlaqədar mətbuat konfransı təşkil edib.

QOL.az xəbər verir ki, o, əsas futbolçuların durumu, komandanın hazırkı vəziyyəti və oyun planı barədə danışıb.

Niderlandlı mütəxəssis deyib ki, müdafiəçiləri Co Qomez və İbrahima Konate “Qarabağ”la matçda oynamayacaqlar:

“Co sabahkı oyunda iştirak edə bilməyəcək. Konate danışdım və bilirik ki, o, çətin günlər keçirir (bugünlərdə atası vəfat edib - red.). Onun tezliklə geri dönməsinə ümid edirəm, amma sabah üçün yox”.

O deyib ki, Premyer Liqada hazırkı mövqelərinə görə təzyiqləri dayandırmaq çox çətin olacaq: “Bir neçə oyun qazanmağımız belə səs-küyü dayandırmaz. Belə klublarda çempionluq uğrunda mübarizə aparmırsınızsa, bu təzyiqi dayandırmaq mümkün deyil”.

O deyib ki, ÇL-də bir və ya iki pillə fərqi o qədər də önəmli deyil: “Həm Çempionlar Liqası, həm də Premyer Liqada mübarizə aparmaq bizim üçün çətindir. ÇL oyunlarından sonra çox matçda xal itirdik”.

Slot bildirib ki, Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirmək istəyirlər və “Qarabağ"a qarşı yaxşı hazırlaşıblar:

“Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.

Slot bildirib ki, “Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib:

"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.

Seçilən
81
6
teleqraf.com

10Mənbələr