AZ

Xarkovda sərnişin qatarı dronlarla vuruldu

Ajans.az  xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Bildirilib ki, Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatları Barvenkovo–Lvov–Çop marşrutu üzrə hərəkət edən sərnişin qatarını hədəfə alıb. Hadisə Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Qatarda olan 291 sərnişin operativ şəkildə təxliyə edilib. Hücum nəticəsində iki nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Seçilən
26
2
Ajans.az

2Mənbələr