AZ

“Turan Tovuz” bu futbolçunu GERİ QAYTARDI

"Turan Tovuz" və futbolçu Abdulla Rzayevlə bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 

İcarə əsasında komandada çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb. Klub Abdulla Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edib.


Qeyd edək ki, Abdulla Rzayev "Turan Tovuz"un heyətində 4 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
22
5
bizim.media

6Mənbələr