İngiltərənin "Bornmut" klubu İtaliyanın "Latsio" komandasının qapıçısı Xristos Mandası icarəyə götürüb.
Rekord.az xəbər verir ki, 24 yaşlı qolkiper cari mövsümün sonuna qədər Premyer Liqa təmsilçisinin formasını geyinəcək.
Mandas 2025/2026 mövsümündə "Latsio"nun heyətində bir oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Onun Roma kollektivi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
"Transfermarkt" portalı Mandasın transfer dəyərini 5 milyon avro qiymətləndirir.
"Bornmut" İngiltərə çempionatında 23 turdan sonra 30 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.