Bakı. Trend:
Avstraliyanın Viktoriya ştatında rekord səviyyədə istilər qeydəalınıb. Ştatın şimal-qərbində yerləşən Hopetoun və Walpeupşəhərlərində temperatur ilkin məlumatlara görə 48,9 dərəcəyəçatıb.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, bu göstərici Hopetoun üçün 7 fevral 2009-cuildə qeydə alınmış əvvəlki maksimum temperatur – 48,8 dərəcənigeridə qoyub.
Mildura şəhərində də hava 48,6 dərəcəyə yüksələrək Murray Riverbölgəsində 1990-cı ilin yanvarında ölçülmüş 46,9 dərəcəlik əvvəlkirekordu qırıb.
Melburnda da ekstremal istilər müşahidə olunub. Şəhərinqərbindəki Lavertonda temperatur 45,5 dərəcə, cənub-qərbdəki PointCookda 45,3 dərəcə, Melburn hava limanında isə 44,1 dərəcə istiqeydə alınıb.
Oxşar vəziyyət Cənubi Avstraliyada da yaşanıb. Renmark şəhərindətemperatur 49,6 dərəcəyə çataraq bu yaşayış məntəqəsi üçün bütünzamanların ən yüksək göstəricisi olub.
Meteoroloqlar bildirirlər ki, mərkəzi Avstraliya üzərindəformalaşan güclü istilik dalğası cənub-şərq istiqamətində hərəkətedir. Tasmaniyadakı yüksək təzyiq zonası və Qərbi Avstraliyadakeçmiş tropik Luana siklonunun qalıqları bu isti havanın bölgədə“sıxılıb qalmasına” səbəb olub.