"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiya millisinin sabiq çalışdırıcısı Boris İqnatyevin dünyasını dəyişməsi ilə əlaqədar kədərini bölüşüb.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis həmkarının itkisini futbol dünyası üçün böyük itki adlandırıb:
"Boris İqnatyevin vəfatı Rusiya futbolu, doğmaları və yaxınları üçün böyük itkidir. Bizim dostluğumuzun tarixi çox əvvəllərə dayanır. Dünyanın ən səmimi insanlarından biri idi. Onun insani keyfiyətləri haqda çox danışmaq olar. Mükəmməl ailə başçısı, ata və dost idi. Gənc futbolçuların inkişafında çox böyük əməyi olub. Onlarla peşəkar futbolçunu ölkə futboluna qazandırıb. Böyük mütəxəssisi, gözəl qəlbli dostumuzu itirdik".