AZ

Uşaqlarımız bunu görür: Televiziya və sosial media nəzarətdən çıxıb SOSİOLOQ

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnternet resursları, sosial şəbəkələr qarşılıqlı təhqir, böhtan, şantaj üçün münbit məkana çevrilib. Kim kimdən xoşlanmırsa haqqında hər cür nalayiq ifadə işlədir. Asan yolla “populyarlaşmaq”, “tanınmaq” istəyənlər də söyüş ritorikasına baş vurur. Təəssüf ki, bəzi ziyalılar da sənətkarları hədəf alır, sənətlərini təhqir edir, sonra da üzr istəyir. Son günlərin mənzərəsində jurnalsit xanımla müğənni xanımın qarşılıqlı suçlamaları, hətta təhqiredici ifadələr əsas yer tutur. Ölkə Prezidenti sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə bağlı cərimə və inzibati həbs cəzasının tətbiqinə dair İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanunu imzalayıb. Amma görünür ki bəziləri onları hansı cəza gözlədiyinin fərqində deyillər. Tele-aparıcı Səidə Bəkirqızı müğənni Rəqsanəni tənqid edir, müğənni isə bu xanım haqqında sərt ifadələr işlədir. Müğənninin səsləndirdiyi sərt fikirlərdən sonra aparıcı barəsində yalan məlumat yayıldığını deyib və məsələ ilə bağlı hüquqi müstəvidə müvafiq addımlar atıcağını söyləyib. 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, son zamanlar təhqir, böhtan, söyüş ritorikası ifrat xarakter alıb: 

- Sosial şəbəkələrin verdiyi sərbəstlikdən sui-istifadə halları artıb. Bəziləri hesab edir ki, əgər nalayiq, təhqir dolu ifadələrini sosial şəbəkə üzərindən, internet resurslar üzərindən paylaşırsa, heç bir məsuliyyət daşımayacaq. Məsuliyyətsizlik bu insanların qol-qanadını açır. Bəli, hər bir şəxs dilindən çıxan sözlərin “əsiridir”, nahaq deməyiblər "danış görüm kimsən". İnsan özünü, xislətini danışığı ilə biruzə verir. Təhqir dilndə danışan insan mənən kasılbdır, mənəvi cəhətdən kamil deyil. Kamil insan sayıla bilməz. Sosial şəbəkələrdə gedən qarşılıqlı təhqirlər, şantaj, böhtan, milli dəyərlrimizi aşağılayan çıxışlar, davranışlar, televiziyalarımızda da eyni xətt üzrə davam edir. Müğənnilərlə aparıcıların bir-birinə qarşı kobudluğu, aparıcıların düşünülməmiş çıxışları, mentalitetimizə ziyan vuran dialoqlar, proqramların yayımı davam edir. Bu proqramlardan bəzi cəlbedici hissələr kəsilir, qısa video halına salınır və internet resurslara yerləşdirilir və hər birimizin qarşısına çıxır. Baxdıq, baxmadıq, hər birimiz bunları görürük. Səviyyəsiz, əxlaqa zidd videolar, paylaşımlar insanların həyat keyfiyyətini aşağı salır. Əxlaqını zədələyir. Abır, həya, ismət, mədəniyyət arxa planda qalıb. Övladlarımız görür bunları. Biz niyə kiminsə təhqirini eşitməliyik? Biz niyə bunları görməliyik? Ailə həyatı qurmaq astanasında olan gənclərimiz niyə bunları görməli,eşitməlidir? Evimizin içinə daxil olurlar, icazəsiz, həyasızcasına. Bəli, qanunda böhtan, təhqir, milli dəyərlərə, cəmiyyətə açıq hörmətsizlik ifadə olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma bunu kim, hansı qurum icra etməlidir, bu məsələrlə bağlı hansı qurum tədbir görməlidir? Özəl televiziyalara qarşı niyə sərt tədbir görülmür? Bir neçə saatlıq yayımı dayandırmaq cəzasıyla bu kimi halların qarşısını almaq mümkün olmayacaq. Yayım bərpa olunan kimi yenə öz fəaliyyətlərini davam etdirirlər. Deməli, daha sərt tədbirlər görlüməsinə ehtiyac var. Eyni zamanda ictimai yanaşma da olmalıdır. Bu cür məsələlər fərdi deyil, ictimai qaydada həllini tapmalıdır. Və qanun çərçivəsində. Cəza və cərimə olmalıdır. Bu olmasa, cəmiyyətdə qayda-qanun bərpa olunmaycaq. Cəzalar sərtləşməlidir. Televiziya rəhbərləri məsuliyyət daşımalıdır. Ciddi nəzarət və cəza mexanzmi tətqiq olunmadıqca proses davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr