AZ

İlqar Safatın yeni kitabı “LUCIDITY (Rejissor haqqında yuxular)” oxuculara təqdim olunacaq

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

28 yanvar 2026-cı il tarixində saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində teatr və kino rejissoru, yazıçı, ssenarist İlqar Safatın yeni kitabı "LUCIDITY (Rejissor haqqında yuxular)" oxuculara təqdim olunacaq.

Milli.Az xəbər verir ki, fəlsəfi-ontoloji mətnlərdən ibarət olan nəşr teatr haqqında düşüncələr, yuxular, şüuraltı və rejissor təfəkkürü mövzularına həsr olunub. Kitabda müəllifin qısa nəsr nümunələri və avtobioqrafik qeydləri də yer alır.

Təqdimat konsert proqramı ilə müşayiət olunacaq. Tədbirdə nəşrin ideya məzmunu ətrafında müzakirələr aparılacaq. Sonda müəllif oxucular üçün kitabı imzalayacaq.Tədbir çərçivəsində İlqar Safatın udegey şamanizmi haqqında olan "Səma kökləri" adlı sənədli filmi nümayiş olunacaq. Filmdə şamanın ölmüş insanın ruhunu axirət dünyasına necə ötürməsi haqqında danışılır. Udegeylər Rusiyada  - Uzaq Şərqdə yaşayan azsaylı xalqdır (təxminən 2000 nəfər).Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr