AZ

Xabi Alonsonun “Liverpul”a istədiyi futbolçular – SİYAHI

Xabi Alonso “Liverpul”a mümkün təyinatı ilə bağlı rəhbərliyə tələblərini çatdırıb.

Msport.az xəbər verir ki, ispan mütəxəssis komanda ilə əməkdaşlığa yalnız heyətin əhəmiyyətli dərəcədə gücləndirilməsi şərti ilə razılaşmağa hazırdır.

Onun transfer siyahısına “Tottenhem”dən müdafiəçi Mikki van de Ven, “Kristal Pelas”dan yarımmüdafiəçi Adam Uorton, eləcə də PSJ-dən Bredli Barkola və “Bavariya”dan Maykl Olise daxildir.

Bildirilir ki, Alonso rəhbərliyə yüksək səviyyəli futbolçuların cəlb olunmasının vacibliyini xüsusi vurğulayıb. Daha əvvəl “Liverpul” nümayəndələrinin Alonso ilə ilkin və müsbət təmaslar qurduğu və mütəxəssisin kluba gəlməyə qarşı olmadığı açıqlanmışdı.

Seçilən
2
2
msport.az

3Mənbələr