Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Astana, 27 yanvar, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Konstitusiya Komissiyasının və Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimovanı, Komissiya sədrinin müavini və dövlət müşaviri Erlan Karini və Prezidentin hüquq məsələləri üzrə köməkçisi Erjan Jiyenbayevi qəbul edib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısına Konstitusiya Komissiyasının iclaslarının nəticələri barədə məlumat verilib. E.Əzimova bildirib ki, komissiyanın fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə bütün iclaslar media məkanında, o cümlədən xüsusi “Telegram” kanalında açıq şəkildə yayımlanır.
O qeyd edib ki, konstitusiya islahatı ilə bağlı altı ay ərzində geniş ictimai müzakirələr aparılıb. Elektron platformalara vətəndaşlardan, hüquqşünas alimlərdən, ekspertlərdən, hüquqşünaslardan, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından, peşə və biznes fəaliyyəti ilə məşğul olan ictimaiyyət nümayəndələrindən 2 mindən artıq təşəbbüs xarakterli təklif daxil olub.
Keçirilmiş iclaslarda komissiya üzvləri tərəfindən Konstitusiyanın preambulasının, bir sıra maddə və bölmələrinin konseptual cəhətdən yeni redaksiyaları hazırlanıb və birgə müzakirə olunur.
Prezident qeyd edib ki, qarşıdakı konstitusiya islahatı ölkənin inkişafına müsbət impuls verəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.