AZ

Səhiyyə nazirinin keçmiş müavini HƏBS OLUNDU

Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Səhiyyə Nazirliyinin tender satınalma komitəsinə də rəhbərlik etmiş Quduşaurinin, nazirliyin 2022-ci ilin sentyabr ayında təcili yardım maşınlarının alınması üçün elan etdiyi tenderin nəticələrinə təsir göstərdiyi bildirilir.

Tenderdə üç şirkət iştirak edib və qalib ən aşağı təklifi verən şirkət olub - 8,5 milyon lari (təxminən 3,2 milyon dollar). Lakin bu tender Quduşaurinin göstərişi ilə dayandırılıb və 2023-cü ilin may ayında yeni tender elan edilib.

Yeni tenderin şərtləri yalnız bir konkret şirkət üçün uyğun olub və nəticədə qalan təklif verənlər iştirak etməyib.

Seçilən
54
publika.az

1Mənbələr