AZ

General Aydəmirov vəfat edən həkim qardaşından danışdı - YENİLƏNİB

"Qardaşımın səhhəti ilə bağlı indiyədək ciddi şikayəti olmayıb. Hadisə qəfil baş verib, avtobusda insult keçirib, hələ də baş verənlərin təsiri altındayıq".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Teleqraf-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün 53 saylı avtobusda vəfat edən qardaşı, tanınmış cərrah Məhyəddin Aydəmirov barədə danışarkən deyib.

Onun sözlərinə görə, qardaşının 35 illik cərrahlıq təcrübəsi vardı:

"Heç vaxt səhhəti ilə bağlı bir şikayətini eşitməmişdik. Ona görə onun bu cür vəfat etməsi hamımız üçün gözlənilməz oldu" - deyə bildirib.

Uşaq cərrahı Məhyəddin Aydəmirov Xocəsən qəbiristanlığında dəfn edilib.

15:28

Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.

"Cebheinfo.az" Unikal-a istinadən xəbər verir ki, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.

09:48

Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.

"Cebheinfo.az"

Seçilən
17
7
cebheinfo.az

10Mənbələr