AZ

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial mediaya giriş qadağan edilir

Fransada Milli Assambleya 15 yaşından kiçik uşaqların sosial media platformalarına çıxışını qadağan edən qanun layihəsini qəbul edib.

Milli Assambleyanın plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsi Fransa Prezidenti Emmanuel Makronun partiyası olan “Renessans”dan deputat Lor Miller tərəfindən təqdim edilib. Səsvermə nəticəsində layihə 21 əleyhinə, 130 lehinə səslə qəbul olunub.

Qanun layihəsi sosial media platformalarına azyaşlı istifadəçilərin yaşının müəyyən edilməsi üçün texniki və hüquqi tədbirlərin görülməsini məcburi edir. Eyni zamanda sənəddə liseylərdə dərs vaxtı və məktəb binalarının dəhlizlərində mobil telefon istifadəsinin qadağan olunması da nəzərdə tutulur.

Layihənin yaxın həftələrdə Parlamentin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılması gözlənilir.

Prezident Emmanuel Makronun da dəstəklədiyi qanunun sentyabr ayında, yeni tədris ilinin başlanğıcı ilə qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, Fransada hər hansı qanunun qüvvəyə minməsi üçün Milli Assambleya və Senatın eyni mətn üzrə razılığa gəlməsi tələb olunur.

Seçilən
11
aznews.az

1Mənbələr