ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Avropa Komissiyası 2027-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz almasına qoyulan qadağanı təsdiqlədikdən sonra nüvə yanacağına da oxşar qadağa hazırlayır.
Bizimyol.info xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen bunu Brüsseldə keçirilən brifinqdə açıqlayıb.
O, Aİ-nin Rusiyadan nüvə yanacağını qadağan etmək planları ilə bağlı suala cavab olaraq: "Bu qadağa hazırlıq mərhələsindədir. Bu, daha mürəkkəb bir məsələdir, ona görə də onun nə vaxt təqdim ediləcəyi barədə vaxt verə bilmərəm, amma bu, vaxtında baş verəcək", - deyə qeyd edib.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.