AZ

Yeni imtahan modelinə uyğun vəsait nəşr olunacaq

Xəbər verdiyimiz kim,i 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların buraxlış imatahnında  şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi olacaq. 

Abituriyentləri maraqlandıran əsas məqamlardan biri də yeni modelə uyğun dərs vəsaitlərinin nəşr olunacağı ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, yeni modellə bağlı vəsait nəşr olunacaq.

Qeyd edilib, yaxın günlərdə yeniliklərə uyğun hazırlanmış vəsaitlər nəşr olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
48
azedu.az

1Mənbələr