Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Gəncə, Şirvan şəhərləri və Quba, Qusar rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az araşdırma zamanı Gəncə şəhəri Krılov küçəsi 38 saylı evin qarşısında Gəncə şəhər sakini İlham Rzayev tərəfindən 1 ədəd, Şirvan şəhəri 1 May küçəsində fəaliyyət göstərən "1001 Xırdavat" tikinti materialları mağazasının qarşısında Şirvan şəhər sakini Vidadi İskəndərov tərəfindən 2 ədəd, Quba rayonu Rustov kəndinin inzibati ərazisində həmin kənd sakini Nüsrət Əmrəliyev tərəfindən 4 ədəd, Qusar rayonu Bədirqala kəndinin inzibati ərazisində Xudat-Qusar avtomobil yolunun kənarında həmin kənd sakini Nazilə Məmmədova tərəfindən 7 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.