Bakı. Trend:
Yanvarın 27-də Milli Məclisin sədri Sahibə Qafarova BirləşmişƏrəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Aralıq DəniziParlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero iləgörüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüşdə Milli Məclisin sədri ADPA-nın QadınParlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb vəAzərbaycan parlamentinin bu qurumla əməkdaşlığıngenişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Bildirilir ki, spiker Sahibə Qafarova dünən ADPA-nın Büroiclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlımüraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərarverildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarasıəlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadəedib.
Söhbət zamanı Aralıq Dənizi Parlament Assambleyasının sədriCülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanlaəməkdaşlıqda maraqlıdır. O, qeyd edib ki, Azərbaycan Aralıq Dəniziregionunda olmasa da, mühüm regionda yerləşən bir ölkədir. Bu daparlament dialoqu üçün yaxşı imkanlar yaradır.
Görüşdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) ilə ADPAarasında əməkdaşlıq məsələlərinə də toxunulub. Spiker SahibəQafarova Milli Məclisin beynəlxalq əlaqələrin inkişafında maraqlıolduğunu diqqətə çatdırıb.
Söhbətdə QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçistatuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər ikitəşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçünyaxşı imkanlar yaradır.
Söhbət zamanı ADPA sədri Cülio Çentemero bu təşkilatın məşğulolduğu məsələlər və onun fəaliyyəti barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular barəsində dəfikir mübadiləsi aparılıb.