Niderland millisində vurduğu qolların sayına görə rekordçu olan Memfis Depay Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında çıxış edən iki klubun diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçunu Dubayın “Şabab Əl-Əhli” və “Əl-Vəsl” klubları heyətində görmək istəyir.
Mümkün transferlə bağlı ilkin sorğular göndərilib, lakin təklif olunan şərtlər hələlik oyunçunun gözləntilərinə uyğun deyil. Daha əvvəl Depayın, müqaviləsi Braziliyanın “Korintians” klubu ilə 2026-cı ilin dekabrında başa çatan futbolçunun, klub rəhbərliyinin fəaliyyətindən narazı qaldığı bildirilmişdi.
Qeyd edək ki, Depay ötən mövsüm 51 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.