AZ

Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb

Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın ("Neftçi" İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.

Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Taekvondo üzrə Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına başlayıb

Azərbaycan çempionatında 31 komandanın boksçusu mübarizə aparacaq

Bakıda boks məşqçiləri üçün seminar keçirilir

Azərbaycan bu il 3 beynəlxalq boks turnirinə ev sahibliyi edəcək

Seçilən
12
13
apasport.az

10Mənbələr