AZ

Məhkəmə Ramin İsayev barədə qərar qəbul etdi

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçiirlən prosesdə qəаrar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. SOCAR-ın mülki iddiası təmin edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunacaq. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsimdə çəkəcək.

Qeyd edək ki, Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.

Seçilən
45
8
aznews.az

9Mənbələr