AZ

"27 yanvar - Beynəlxalq Holokostu Anım Günüdür - XİN bəyanat yaydı



Azərbaycan Xarici İşlər Nazirliyi sosial media səhifələrində Beynəlxalq Holokost Anım Günü münasibətilə bəyanat yayıb.

"27 yanvar - Beynəlxalq Holokost Anım Günündə bəşəriyyət tarixindəki ən dəhşətli faciələrdən birinin qurbanlarını dərin hörmətlə yad edirik"- bəyanatda deyilir.

Eyni zamanda vurğulanır ki, rəsmi Bakı soyqırımın və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair "sarsılmaz öhdəliyini" bir daha təsdiqləyir. Bundan əlavə, Azərbaycan "dini və etnik nifrətə və bütün növ dözümsüzlüyə" qarşı mübarizə aparmağa davam edir.

SAMİRƏ

Seçilən
12
baki-xeber.com

1Mənbələr