Sənətçi verdiyi müsahibədə aylıq xərclərinin 20 min manatı keçdiyini bildirib. O, böyük məbləğdə pul xərcləməsinin səbəblərini də açıqlayaraq, bunu şəxsi dəbdəbə yox, əsasən sənətinə yatırımla əlaqələndirib:
"Aylıq xərclərim 20 min manatı keçir. Mən çox pul xərcləyənəm, amma pulu geyimə, reklama, ora-bura. Mən pul yığmıram".
Kəmalə Günəşli vurğulayıb ki, əsas xərcləri yaradıcılığı ilə bağlıdır. Onun sözlərinə görə, hər ay iki klip çəkdirir və bu da ciddi maliyyə tələb edir:
"Ayda iki klip çəkdirirəm. Kliplərin xərci 7-8 min manat təşkil edir".
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.Milli/az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31