Bakı. Trend:
Bakı Fond Birjasında (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) manat istiqrazları üzrə ikinci bazarda 3 milyon manatlıqticarət əməliyyatı baş tutub.
Bunu Trend-əmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədriRuslan Xəlilov deyib.
O, müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)dəyişən faiz dərəcəli manat istiqrazlarının Bakı Fond Birjasındaticarətə buraxılmasını bazar üçün çox önəmli hadisə kimidəyərləndirib: “Bu, həm yerli valyutada, həm də “floating ratenote” (dəyişkən faizli istiqraz) formatında ilk beynəlxalq maliyyəqurumu emissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat dareallaşıb. Burada təxminən 3 milyon manatlıq əməliyyat baştutub.
AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapitalbazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki,hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interestrate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər.Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizliistiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu".
Sədr vurğulayıb ki, hazırda bir sıra digər beynəlxalq maliyyəinstitutları ilə də istiqraz emissiyaları üzrə danışıqlar aparılır:"Beynəlxalq inkişaf banklarının yerli valyutada emissiya etməyəmarağı var, çünki bu, “currency risk”in (valyuta riskinin) dahaeffektiv idarə olunmasına imkan verir. Ünsiyyətdə olduğumuz bir çoxbeynəlxalq maliyyə təşkilatları Bakı Fond Birjasında istiqrazemissiyasında maraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rastgəlirik. Amma konkret olaraq hansının nə zaman emissiya edəcəyinidemək doğru olmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalqinkişaf banklarının deyərdim ki, hər birinin emissiya etməyə marağıvar. Ən azından ona görə ki, bu banklar beynəlxalq inkişafbanklarıdır və onlar üçün ən uyğun həll yolu odur ki, yerlivalyutada öz risk dərəcələrində istiqraz buraxsınlar vəistiqrazdan, məsələn, əldə etdikləri vəsaiti yerli stratejilayihələrə elə yerli valyutada yönləndirsinlər.
Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvətedirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumatveririk”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta