AZ

Yekun attestat imtahanlarında xarici dil üzrə YENİLİK

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gələn ildən 11 illik təhsil səviyyəsi üzrə attestat imtahanlarında xarici dil üzrə yeni imtahan modeli tətbiq ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Modelə əsasən, buraxılış imtahanında şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən dörd qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid dörd qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
23
oxu.az

10Mənbələr