AZ

Niyə 120 il yaşaya bilmirik? Onkoloq əsas səbəbi açıqladı

Medicina saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bütün xəstəliklərin səbəbi immunitet çatışmazlığıdır".

Medicina.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin İkinci Kimyaterapiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkimi Elçin Mansurov bildirib.

Onun sözlərinə görə, hər bir şəxs xəstəliyə qalib gələ bilər:

"Allah bizi elə yaradıb ki, xəstəliyə qalib gəlmək şansımız var. Hər kəs genetik cəhətdən orta hesabla 120 il yaşaya bilər. Lakin sağlam həyat tərzi keçirmədiyimiz üçün yaşaya bilmirik. Nəticədə immunitetimiz zəifləyir və ölür. Hər bir insanın orqanizmində hər gün 10 mindən 100 minə yaxın mutasiya baş verir. Yəni normal hüceyrə quruluşunu dəyişir, şiş hüceyrəsinə çevrilir. Amma bu hüceyrələr çox adamda inkişaf etmir. Bunların əksəriyyətini bədəndə xüsusi sistem, müqavimət məhv edir. Kimin ki müqaviməti olmur, o zaman onkoloji xəstəlik inkişaf edir".

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr