“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı məğlub etməklə büdcəsini də zənginləşdirdi.
"Football-plus.az" xəbər verir ki, növbəti qələbə ağdamlıları daha 2,1 milyon avro (4,2 milyon) manat irəli saldı. UEFA ÇL-ni bu mərhələsindəki hər qələbəni belə dəyərləndirir. “Köhlən atlar” liqa mərhələsindəki 7 oyuna görə büdcəsinə 7 milyon avro (14 milyon manat) əlavə edib.
Xatırladaq ki, komanda növbəti mərhələyə çıxarsa, avtomatik daha 1 milyon avro (2 milyon manat) alacaq. Ümumiyyətlə, Ağdam təmsilçisi turnirin əsas mərhələsindəki çıxışa görə artıq 18 milyon 620 min avro (36,4 milyon manat), həmçinin bonuslar qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta