AZ

Görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək.

Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan məlumat verilib.

Bildirilib ki, tədbirdə rejissor Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdiriləcək.

Seçilən
42
2
azertag.az

3Mənbələr