Bakının Sabunçu rayonunda naqil oğruları saxlanılıblar.
Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı H.Quliyev, 38 yaşlı Ə.Saqiyev və 33 yaşlı R.Əhmədov
saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladıqları müəyyən edilib. Onların taladıqları naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.