AZ

Azərbaycanda iş axtaranlara ŞAD XƏBƏR

Azərbaycanda mövcud olan aktiv iş yerlərinin sayı açıqlanıb. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin nəticələri və 2026-cı il üçün nəzərdə tutulan hədəflərlə bağlı keçirilən mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, hazırda ölkə üzrə 60 mindən artıq aktiv vakansiya mövcuddur. Hasil Abbasov bildirib ki, 2025-ci il ərzində 448 işəgötürənlə əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmi tətbiq olunub. Eyni zamanda, kvota və kvotadan kənar məşğulluq proqramları icra edilib. İl ərzində 1 817 nəfər kvota əsasında işlə təmin olunub, 10 805 vətəndaşa isə işsizlikdən sığorta ödənişi verilib.
Seçilən
9
3
7news.az

4Mənbələr