AZ

Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb

Bakı. Trend:

Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsindəməqsədyönlü tədbirlər davam etdirilir.

Trendməlumatlı mənbəyə istinadən xəbər verir ki, 2025-ci ildəAzərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 8,1% artaraq 3.628 milyard ABŞ dolları təşkil edib vəmüstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsiüçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindənbiri kimi 2025-ci ildə 6.260 milyard ABŞ dolları həcmində qızılidxal olunub.

Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlıolmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlıolan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.

Qızıl idxalı nəzərə alınmadan 2025-ci ildə Azərbaycanın xariciticarət balansının müsbət saldosu 6.922,8 mln. ABŞ dolları olub.Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 18.120,0 mln. ABŞdolları təşkil etmişdir ki, bu da 2024-cü il ilə müqayisədə cəmi2,1% artım deməkdir.

Məqalədə:
Seçilən
51
az.trend.az

1Mənbələr