“Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq – bunların hər biri insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciə olur. Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz. Sürücülərin bir daha diqqətinə çatdırırıq ki,sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki yol səhvləri bağışlamır və ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”, - deyə o diqqətə çatdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta