Bütün tikinti materiallarının qiymətində artım olacağı şübhəsizdir.
Bunu ABC.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Müsahibimiz bunun səbəblərini izah edərkən manatın alıcılıq qabiliyyətini də xatırlatmağı unutmur.