AZ

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı Vəzifəsi ona tapşırıldı (FOTO)

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, nazirin birinci müavini Rəşad İsmayılovun müvafiq əmrilə sözügedən idarənin rəisi Baxışov Elxan Sərxan oğlu öz ərizəsilə vəzifəsindən azad edilib. 

Elxan Baxışov 

Digər əmrlə, Nəqliyyat İdarəsinin direktoru vəzifəsi müvəqqəti olaraq nazirliyin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucova həvalə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova xəbəri saytımıza təsdiqləyib. 

Nəsib Orucov

Qeyd edək ki, Elxan Baxışov 01.06.2022-ci ildə sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nəqliyyat İdarəsinin (Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin) rəisi vəzifəsinə təyin olunmuşdu.

Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
qaynarinfo.az

1Mənbələr