Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1955,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olmuşdur (2024-cü ildə 24,0 faiz).
Bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.