ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Dörd ölkə klubunun maraq dairəsində olan "Qarabağ”lı
“Qarabağ”ın vingeri Aleksey Kaşuk xarici klubların maraq dairəsindədir.
QOL.az xəbər verir ki, bu barədə Ukraynanın legioners.ua saytı məlumat yayıb.
Bildirilib ki, ukraynalı futbolçuya ABŞ, Səudiyyə Ərəbistanı, Polşa və İsrail klubları maraq göstərir. Xüsusilə ABŞ-ın MLS liqasında çıxış edən bir neçə klub Kaşukun transfer imkanlarını yaxından araşdırır.
Qeyd edək ki, Aleksey Kaşuk bu mövsüm “Qarabağ”ın heyətində 25 oyunda forma geyinib. Futbolçunun Ağdam təmsilçisi ilə mövcud müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.