AZ

Generalın oğlu keçmiş sevgilisini məhkəməyə verir? – Qalmaqal böyüyür

General-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovla bağlı yayılan xəbər rezonans doğurub. Belə ki, bloger Nərmin Xudaverdiyeva keçmiş sevgilisinin onu sosial şəbəkələrdə və real həyatda təhdid etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Rüstəm Orucov isə səsləndirilən ittihamları qəti şəkildə rədd edib.

Sevgilisini təhdid etdiyi deyilən general oğlunu hansı cəza gözləyir? Bu məlumatlar təsdiqlənməsə, Nərmin Xudaverdiyevanı nə kimi hüquqi məsuliyyət gözləyir?

Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, “təhdid” geniş anlayışdır və onun hüquqi təhlili üçün hansı formada edildiyi dəqiqləşdirilməlidir:

“Hazırkı vəziyyətdə nə təhdidin məzmunu, nə də konkret şəxsin hansı əməli törədib-törətmədiyi dəqiq bilinmir. Belə olduğu halda, onun hüquqi qiymətləndirilməsi və cəzası barədə də fikir bildirmək mümkün deyil. Ehtimallar üzərində dayanmaq peşəkar yanaşma hesab edilə bilməz. Əsas sual təhdidin mövcud olub-olmaması və onun real faktlara əsaslanıb-əsaslanmamasıdır. İkinci məsələ isə fərqli hüquqi qiymətləndirmə tələb edir. Əgər həqiqətən də hər hansı qanunsuz əməl baş verməyibsə və buna baxmayaraq şəxs barəsində məlumatlar publik şəkildə yayılıbsa, bu hal böhtan xarakterli, yəni doğru olmayan məlumatların yayılması kimi qiymətləndirilə bilər. Qeyd edildiyi kimi, söhbət sosial şəbəkələr vasitəsilə yayılan informasiyadan gedir”.

Generalın

Rəsul Cəfərov

Vəkil bildirib ki, məlumatlar kütləvi xarakter daşıyırsa və onları yayan şəxs informasiyanın doğruluğunu sübut edə bilmirsə, bu, hüquqi məsuliyyət yarada bilər:

“Bu məsuliyyətin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulması mümkündür. Eyni zamanda barəsində məlumat yayılmış şəxs, yəni Rüstəm Orucov mülki qaydada məhkəməyə müraciət edərək, məlumatı yayan şəxsdən təkzib verilməsini, üzr istənilməsini və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edə bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə, saytlarda) yayma 1000 manatdan 1500 yüz manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Rüstəm Orucov əvvəllər xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb və həbs olunub.

xxx

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisini təhdid etməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

O, bloggerin sözlərini "şər və böhtan" adlandırıb.

"Hər iki halda, yalanın məqsədi şəxsin məsuliyyətə cəlb edilməsi və ya vaxt itkisinə səbəb olmaqdır. Əgər siz qanunlardan qorxmursunuzsa, eybi yox. Mən ona v almamışam. Onun mənim ünvanıma səsləndirdiyi iddialar da yalandır. İndi hansı dövrdə yaşayırıq?! Əgər mənim elə əməllərim olsaydı çoxdan tutulmuşdum".

Orucov əlavə edib ki, hər iki halda məqsəd şəxsi məsuliyyətə cəlb etmək və ya vaxt itkisinə səbəb olmaqdır.

Qeyd edək ki, Nərmin Xudaverdiyeva paylaşım edərək keçmiş sevgilisi Rüstəm Orucovun onu təhdid etdiyini deyib. O, məsələ ilə bağlı polisə müraciət etdiyini də bildirib.(milli.az)

Seçilən
27
1
turkustan.az

2Mənbələr