BAKI, 27 yanvar. TELEQRAF
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 424 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1344 (Cild I); 2024, № 4, maddə 440; 2025, № 2, maddə 204) ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 10-cu hissəsinin birinci cümləsində “3 (üç) iş günü müddətində” sözləri “qərar verildiyi andan dərhal sonra” sözləri ilə əvəz edilsin.