Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə şikayətinə baxıb.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu siyasi təşkilatın funksionerləri bildirib.
Məhkəmə şikayəti təmin etməyib və Ə.Kərimlini həbsdə saxlayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.