Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş zamanı Monqolustanın WUF13-də iştirakı və davamlı şəhər inkişafı ilə bağlı məsələlərə toxunulub, ölkələrimizin şəhərsalma siyasətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Komitə sədri Anar Quliyev Azərbaycanda diplomatik missiyasını başa çatdıran səfirə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.