AZ

BƏƏ öz ərazisindən İrana hücum edilməsinə icazə verməyəcəyini bəyan etdi – ABŞ-a xəbərdarlıq…



Körfəzdə Amerika hərbi obyektlərindən birinə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hücumların öz ərazisindən həyata keçirilməsinə icazə verməyəcəyini bəyan edib.

Xarici İşlər Nazirliyi BƏƏ-nin hava məkanının, ərazisinin və ya sularının İrana qarşı hər hansı bir hərbi əməliyyatda istifadəsinə icazə verməmək öhdəliyini bir daha təsdiqləyib.

BƏƏ hücumlara lojistik dəstək verməkdən də imtina edib. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət və dövlət suverenliyinə hörmət mövcud böhranların həlli üçün ən yaxşı yoludur.

BƏƏ paytaxt Əbu-Dabi yaxınlığındakı Zafra Hava Bazasında minlərlə ABŞ əsgərinə ev sahibliyi edir. Baza Körfəzdəki azsaylı Amerika hərbi obyektlərindən biridir.

ABŞ uzun müddətdir davam edən təhdidlərə cavab olaraq İranın ətrafında hərbi qüvvə toplayır. Bu yaxınlarda USS Abraham Linkoln təyyarədaşıyan gəmisi də bölgəyə gətirilib.

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr