Milan "İnter"i yeni transferini elan edib.
Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi Zaqreb "Dinamo"sunun 18 yaşlı müdafiəçisi Leon Yakiroviçi heyətinə qatıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, xorvatiyalı ilə 2030-cu ilə qədər olan uzunmüddətli müqavilə imzalayıb.
"Transfermarkt" müqavilənin dəyərini 2,5 milyon avro göstərib.
Yeni transfer əvvəlcə "İnter"in gənclər komandasında oynayacaq.
"İnter" hazırda İtaliya A Seriyasına liderlik edir. 22 turdan sonra Milan komandasının 52 xalı var və ən yaxın rəqibindən beş xal qabaqdadır.
Mirağa