Qazaxıstanın və İsrailin xarici işlər nazirləri Yermek Koşerbayev və Gideon Saar Astanada aparılan danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlər imzalayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "Kazinform"un məlumatında deyilir.
İmzalanmış sənədlər arasında milli pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında sazişin bağlanmasına dair niyyət memorandumu, ictimai diplomatiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də diplomatik kadrların hazırlanması sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutan sənəd yer alır.
Sazişlərin imzalanması Qazaxıstanla İsrail arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə, humanitar və diplomatik əlaqələrin genişləndirilməsinə, eləcə də iki ölkənin vətəndaşları arasında əlaqələrin sadələşdirilməsinə yönəlib.