AZ

Bu ölkələr viza rejimini LƏĞV ETDİ

Ajans.az  “Kazinform”a istinadən xəbər verir ki, Astanada keçirilən rəsmi danışıqların nəticələrinə əsasən Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev israilli həmkarı Gideon Saarla bir sıra ikitərəfli sənədlər imzalayıb. Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Yermek Koşerbayev qeyd edib ki, İsrail xarici işlər nazirinin səfəri ölkələrin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı istəyindən xəbər verir.

Qeyd edək ki, Gideon Saar Qazaxıstandan əvvəl Azərbaycanda səfərdə olub.

Seçilən
23
Ajans.az

1Mənbələr