AZ

Bakıda bazardan 5400 manatlıq oğurluq 

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların birindən 5400 manat dəyərində kənd təsərrüfatı məhsulu talanıb...

DİN mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı İ.Sahibcanov və 35 yaşlı H.Yusibov müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda mağazaların birindən mobil telefon oğurlayan 47 yaşlı A.Qurbanov, Sumqayıtda isə marketlərin birindən 250 manat oğurlamaqda şübhəli bilinən N.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info

Seçilən
44
12
poliqon.info

10Mənbələr