AZ

“Səbail” 2 futbolçusunu yola saldı

Azərbaycan I Liqasında çıxış edən “Səbail”də növbəti ayrılıq qeydə alınıb.

Msport.az xəbər verir ki, Bakı təmsilçisi iki gənc futbolçusu – qapıçı Fəyyaz Mehdizadə və müdafiəçi Murad Fərzəliyev ilə vidalaşıb.

Müvafiq olaraq 20 və 19 yaşlı olan hər iki oyunçu klubun öz yetirməsidir. Bildirilib ki, gənc futbolçular cari mövsümdə əsas komandanın heyətində debüt etmək imkanı qazanmayıblar.

Qeyd edək ki, “Səbail” I Liqada 12 turdan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

Seçilən
26
1
msport.az

3Mənbələr