AZ

Məşhur isveçrəli "Bazel"in baş məşqçisi oldu - RƏSMİ

İsveçrənin "Bazel" klubu əsas komandanın baş məşqçisini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu posta 42 yaşlı mütəxəssis Stefan Lixtştayner təyin edilib.

Onunla müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. 

Lixtştayner məşqçilik karyerasına 2021-ci ildə, İsveçrənin U-18 millisində köməkçi məşqçi qismində başlayıb. O, daha sonra "Bazel"in U-16 komandasını və 4-cü liqada mübarizə aparan "Vettsvil"i çalışdırıb.

Futbolçu kimi "Qrasshopper", "Lill", "Yuventus", "Latsio", "Arsenal" və "Auqsburq"dakı çıxışı ilə tanınan Stefan ölkəsinin millisində 108 oyun keçirib və karyerasını 2020-ci ildə bitirib.

Nihat

Seçilən
21
fanat.az

1Mənbələr