AZ

Ərdoğan 4 il öncə ukraynalı hərbçiləri xilas edib

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Mariupolu müdafiə edən Ukrayna Silahlı Qüvvələri hərbçilərinin xilas edilməsində mühüm rol oynayıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu “Ukrainska pravda” nəşrinə müsahibəsində Ukrayna ordusunun zabiti Sergey Volınski bildirib.

“Mən Türkiyə prezidentinə konkret olaraq mənim üçün etdiklərinə və ümumiyyətlə, bu işlə məşğul olmağa başladığına görə çox minnətdaram”, - ukraynalı hərbçi deyib.

Xatırladaq ki, 2022-ci ilin aprelində Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Mariupolda mülki şəxslərin təxliyəsinə kömək barədə danışıqlar aparıb. O zaman Zelenski Türkiyə liderindən “Azovstal” zavodu ərazisində qalmış ukraynalı hərbçilərin mübadiləsi prosesində yardımçı olmağı xahiş edib. Həmin ilin sentyabrında Ukraynanın “Azov” batalyonunun 215 döyüşçüsü 55 rus hərbçisi və ukraynalı müxalif siyasətçi Viktor Medvedçuka dəyişdirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr