AZ

“Akıncı” PUA-dan TEBER-82 tuşlama dəstinin atış sınağı həyata keçirilib

“Akıncı” pilotsuz uçuş aparatından (PUA) “Roketsan” istehsalı TEBER-82 tuşlama dəstinin növbəti sınaq atışı icra edilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı”dan atılan TEBER-82 qanadlı tuşlama dəsti hədəfi dəqiqliklə vurub.

TEBER tuşlama dəsti “Roketsan” tərəfindən Mk-81 və Mk-82 tipli ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. TEBER, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə, idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən TEBER, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.

2024-cü ildə “Roketsan” şirkəti TEBER tuşlama dəstinin dizaynında dəyişiklik edib. Dəyişiklik çərçivəsində TEBER tuşlama dəstinin dizaynına qanadlar əlavə olunub. Beləliklə, əvvəllər quyruq hissəsindəki qanadlardan, bombanı əhatə edən “köynək”dən və uc hissəsindəki lazer tuşlama başlığından (LTB) ibarət olan TEBER-in gövdəsində artıq qanadlar da yer almaqdadır. Bu qanadlar pilotsuz uçuş aparatları (PUA) tərəfindən TEBER-in istifadəsini asanlaşdırır.

Seçilən
20
poliqon.az

1Mənbələr