Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxs tərəfindən 1 550 manat dəyərində mopedinin talandığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta